Ordu.az xəbər verir ki, Görgün TUSAŞ-ın son zamanlarda 21 ayrı müqavilə çərçivəsində 15 fərqli ölkəyə məhsul və xidmət ixrac etdiyini açıqlayıb.
“TUSAŞ inkişaf etdirdiyi platformalarla dost və müttəfiq ölkələrin ehtiyaclarına cavab verərək, beynəlxalq bazarda effektivliyini artırmağa davam edir”, - deyə Türkiyə MSK sədri bildirib.
Açıqlamaya görə, tədarüklər çərçivəsində dost və müttəfiq ölkələrə 5 ədəd “Hürkuş” əsas təlim təyyarəsi, 12 ədəd “Atak” hücum helikopteri, 75 ədəd “Anka” və “Aksungur” pilotsuz uçuş aparatı çatdırılıb.
TUSAŞ-ın bu ixrac uğuru Türkiyə müdafiə sənayesinin qlobal miqyasda artan təsirini və etibarlılığını bir daha nümayiş etdirib.
TUSAŞ-ın məhsul portfeli insanlı və insansız hava platformaları, peyk texnologiyaları və aviasiya strukturları kimi geniş sahələri əhatə edərkən, şirkət eyni zamanda “Ar-Ge” investisiyalarını artıraraq, texnoloji müstəqillik hədəflərinə töhfə verməyə davam edir.
Sevinc Əliyeva
Ordu.az