KİV: Tramp və Zelenski Papanın dəfn mərasimindən əvvəl görüşüb

2025/04/1745431558.jpg
Oxunub: 446     12:43     26 Aprel 2025    
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Papa Fransiskin dəfn mərasimi başlanmazdan əvvəl görüş keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “Sky News“ Vatikan mənbələrinə istiadən məlumat yayıb.

Görüş zamanı tərəflər dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.

Hər iki lider, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla, bir çox dünya liderləri ilə birlikdə Papa Fransiskin dəfn mərasimində iştirak edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin