Ordu.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Bunun ehtimalı azdır. Biz sövdələşmələr əldə edəcəyik. Başqa sözlə, sadəcə, tarif müəyyən edəcəyik və o, çox ağlabatan olacaq", - ABŞ Prezidenti qeyd edib.
D.Tramp bir daha vurğulayıb ki, Pekin əvəzində "əhəmiyyətli bir şey" təklif etməsə, Çinə tətbiq edilən tarifləri azaltmayacaq.
Qeyd edək ki, aprelin 9-da Tramp məsələ ilə bağlı dialoq istəyən 75-dən çox ölkəyə qarşı idxal rüsumlarının artırılmasını 90 gün müddətinə dayandırmaq barədə qərar qəbul edib.
Ordu.az