Ordu.az xəbər verir ki, yaxın günlərdə hakimiyyəti təhvil verəcək Sosial Demokrat Partiyası (SPD) və Yaşıllar koalisiya hökuməti “Eurofighter” təyyarələrinin satışına razılıq verilməsi ilə bağlı qərar vermədiyini açıqlayıb.
Gələn həftə Almaniyada hökumət xristian sosial-demokrat Mertsin başçılıq etdiyi koalisiya hökumətinə təhvil veriləcək.
Bu transferdən əvvəl indiki rəhbərliyin “Eurofighter”in Türkiyəyə satışına veto qoyduğu iddiası “Handelsblatt Economics” qəzeti tərəfindən irəli sürülüb.
Qərarın “Türkiyə hökumətinin Əkrəm İmamoğlunu həbs etməsi və türk demokratiyasına sui-qəsd etməsi” əsası ilə təsdiq prosesini dayandırdığı iddia edilib.
Bu hadisələrdən sonra Silivridə həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu sosial media hesabında bu açıqlamanı paylaşıb: “Türkiyənin milli maraqları Ərdoğanın və ya İmamoğlunun maraqlarından daha dəyərlidir. Bu qərarı geri götürməyinizi xahiş edirəm”.
Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin sözçüsü Tim-Niklas Ventzel “Anadolu” Agentliyi müxbirinin sualına verdiyi yazılı cavabda Olaf Şoltsun rəhbərlik etdiyi hazırkı müvəqqəti hökumətin “Eurofighter” təyyarələrinin satışını təsdiqləyəcək bir qərar vermədiyini və mühüm qərarların gələn ay işə başlayacaq yeni hökumət tərəfindən veriləcəyini bildirib.
“Hərtərəfli silah və texnikanın ixracı ilə bağlı növbəti hökumətin qəbul edəcəyi qərar (hazırkı) müvəqqəti hökumət tərəfindən əvvəlcədən verilməyəcək”, - deyə Ventzel qeyd edib.
Sevinc Əliyeva
Ordu.az