Pentaqon Türkiyənin mümkün “F-35A Lightning II” döyüş təyyarələri almasına münasibətini dəyişib

2025/04/1745645123.jpg
Oxunub: 550     13:24     26 Aprel 2025    
ABŞ Müdafiə Nazirliyi Pentaqon Türkiyənin mümkün “F-35A Lightning II” döyüş təyyarələri almasına münasibətini dəyişib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, Pentaqonun yeni fikri budur ki, Türkiyənin F-35 proqramında iştirakı Egey dənizində balansı pozmayacaq.

Qəzetin anonim mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, yaxın vaxtlara qədər ABŞ Ankaranın Egey dənizindəki kəmiyyət üstünlüyünü tarazlaşdırmaq üçün Yunanıstanın texnoloji addım atmasına diqqət yetirən bir düstur seçib, lakin son zamanlar Vaşinqton Türkiyə və Yunanıstana qarşı “bərabərlik” anlayışını gündəmə gətirib.

Artıq Pentaqonun Türkiyənin F-35 proqramında iştirakının Egeydə balansı pozmayacağına inandığı, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşündən sonra Ankaraya ABŞ silahlarının satışında ciddi azalma olacağına dair ümidlərinin puça çıxdığı iddia edilib.

Yunanıstan və İsrailin Türkiyə ilə bağlı bir çox mövzunun və onun regional məsələlərdə tutumunun ortaq prizmadan qəbul edilməsinin Vaşinqtonun diqqətindən yayınmadığı vurğulanan xəbərdə qeyd edilib ki, bilindiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampla əla münasibəti var.

Xəbərdə Yunanıstan Müdafiə Nazirliyinin F-35 döyüş təyyarələrinin alınması ilə bağlı istehsalçı “Lockheed Martin” ilə əlaqələrini artıracağına dair proqnoz da yer alıb.

Qeyd edək ki, F-35 Birgə Hücum Təyyarəsi Proqramında sənaye ortağı olan Türkiyə S-400 tədarükündən sonra proqramdan çıxarılıb və embarqo qoyulub. Digər tərəfdən, Türkiyə Hərbi Hava Qüvvələri üçün istehsal edilən 6 ədəd F-35A döyüş təyyarəsi 2018-ci ildən etibarən ABŞ-də saxlanılır.

Yeni dövrdə ABŞ-nin Türkiyəni yenidən F-35 Proqramına daxil etməyi düşündüyünə dair siqnallar var. Əgər bu baş verərsə, Türkiyənin proqrama sənaye iştirakçısı, yoxsa yalnız tədarükçü kimi dönəcəyi hələ məlum deyil. Yaxın gələcəkdə baş tutacaq Tramp-Ərdoğan görüşü bu vəziyyətin açarı hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Türkiyə  


Bizi "telegram"da izləyin