Ordu.az xəbər verir ki, bu addım 155 mm-lik sursat istehsal gücünü artırmaq və ABŞ-nin hərbi sənaye infrastrukturunu gücləndirmək üçün daha geniş strategiyanın bir hissəsidir.
Ordunun katibi Den Driskoll ordunun müttəfiqləri və tərəfdaşları ilə sürətli, geniş miqyaslı sursat istehsalına sadiqliyini vurğulayıb.
“Ordu çevrilməlidir və biz müharibədə qalib gələn imkanları dərhal hərbi qulluqçularımızın əlinə verməliyik. İstehsal müəssisələri meydanda qələbənin başladığı yerdir”, - deyə o bildirib.
Kamden obyektində 155 mm-lik sursat gövdələri partlayıcı materialla doldurulur, yığılır və sonra qablaşdırılır. Obyektdə yüksək partlayıcı sursatlar üçün iki yeni istehsal xətti var. Hər iki xətt tam gücə çatdıqda, ayda təxminən 50.000 mərmi istehsal olunacaq. Beləliklə, ABŞ-nin ümumi 155 mm-lik istehsal gücünün ayda 100.000-ə çatması hədəflənir.
Obyekt aprelin 22-də rəsmən fəaliyyətə başlayıb. “Bu gün burada gördükləriniz sənaye, yerli hökumətlər və federal agentliklər arasında güclü əməkdaşlığın nəticəsidir”, - deyə ABŞ ordusunun satınalma üzrə baş zabiti Pat Meyson bildirib.
Ordunun keçmiş satınalma rəisi Duq Buş ötən ilin oktyabr ayında demişdi ki, 2025-ci ilin sonuna qədər bütün sursat hissələri və materiallarının istehsalını təmin etmək əsas məqsədlərdən biridir.
Sevinc Əliyeva
Ordu.az