Tramp: "ABŞ nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verir"

2025/03/1741152193.jpg
Oxunub: 382     16:48     07 Mart 2025    
ABŞ İranla nüvə proqramı ilə bağlı razılaşmaya üstünlük verir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib.

"Mən dünən İran liderinə məktub göndərdim, İranla razılaşmaya üstünlük verirəm", - o qeyd edib.

Tramp bir daha təkrarlayıb ki, İran nüvə silahına sahib olmamalıdır. O, Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin