Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə paylaşım edib.
"Ukraynaya Britaniyadan dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərlə təmin edilmiş ilk vəsait daxil olub", - o bildirib.
Qeyd edib ki, Ukrayna bu çərçivədə 752 milyon funt alıb.
Daha əvvəl D.Şmıqal Ukraynanın 300 milyard dollar həcmində Rusiya aktivlərini almağı planlaşdırdığını bildirmişdi.
Ordu.az