KİV: “Maxar Technologies” Ukraynanın peyk şəkillərinə çıxışını dayandırıb

2025/03/1741347432.jpg
Oxunub: 456     15:04     07 Mart 2025    
ABŞ-nin “Maxar Technologies” aerokosmik şirkəti Ukraynanın öz peyk şəkillərinə girişini dayandırıb.

Ordu.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, buna səbəb ABŞ hökuməti tərəfindən tətbiq edilən inzibati məhdudiyyət olub.

Qərar həm dövlət, həm də özəl istifadəçilərə aiddir. Məlumata görə, bu, Prezident Donald Tramp administrasiyasının Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağa ilə əlaqədardır.

Hazırda “Maxar Technologies” və ya ABŞ hökumətinin nümayəndələri bu məsələyə rəsmi qaydada münasibət bildirməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maxar-Technologies   Ukrayna  


Bizi "telegram"da izləyin