Türkiyə Prezidenti: "Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsini dəstəkləyirik"

2024/12/1734975464.jpg
Oxunub: 360     14:49     07 Mart 2025    
Türkiyə Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsini dəstəkləyir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-yə üzv dövlətlərin liderlərinin onlayn görüşündə deyib.

Dövlət başçısı ədalətli, davamlı və şərəfli sülh üçün mübarizə aparan hər iki tərəfin (Rusiya və Ukrayna - red.) masa arxasında olacağı möhkəm diplomatik zəminin vacibliyini ifadə edib:

“Biz tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün mümkün qədər sürətli formada atəşkəsin elan edilməsini, eləcə də hava və dəniz üzərindən hücumların dayandırılması ideyasını dəstəkləyirik”.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə evsahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyə hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin