Rusiyanın “Su-35” döyüş təyyarəsi Fransanın “MQ-9 Reaper” PUA-sını bloklayıb

2025/03/d-174-1741331254.jpg
Oxunub: 498     17:45     07 Mart 2025    
Rusiyanın “Su-35” döyüş təyyarəsi Şərqi Aralıq dənizi üzərində müşahidə missiyası həyata keçirən Fransanın “MQ-9 Reaper” Pilotsuz Uçuş Aparatını (PUA) bloklayıb.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornü məlumat verib.

O qeyd qeyd edib ki, Şərqi Aralıq dənizi üzərində beynəlxalq hava məkanında müşahidə missiyası yerinə yetirən Fransanın “MQ-9 Reaper” PUA-sı Rusiyanın “Su-35” döyüş təyyarəsi tərəfindən hücuma məruz qalıb.

Hadisə Tramp administrasiyasının Avropanı müdafiə etmək öhdəliyinə şübhələrin artması fonunda baş verib, çünki Avropa ölkələri müdafiə xərclərini artırmağa və Rusiya qüvvələrinə qarşı müharibədə Ukraynaya dəstəyi artırmağa çalışır.

“Fransa beynəlxalq hava və dəniz ərazilərində naviqasiya azadlığını müdafiə etmək üçün fəaliyyətini davam etdirəcək”, - deyə fransalı nazir bildirib.

Lekornü hadisənin Şərqi Aralıq dənizində tam olaraq harada baş verdiyini açıqlamayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Su-35   Fransa   MQ-9-Reaper  


Bizi "telegram"da izləyin