Rusiya Ukraynanın təlim bazasına zərbə endirib

2025/03/1741331128.jpg
Oxunub: 446     13:49     07 Mart 2025    
Rusiya Dnepropetrovsk vilayətində Ukraynanın təlim sahəsinə raket zərbəsi endirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Rusiyanın Dnepropetrovsk vilayətindəki poliqona raket hücumundan sonra Ukrayna ordusu və istintaq orqanları genişmiqyaslı araşdırmaya başlayıb.

Ukrayna Quru Qoşunlarının komandanı hərbi əks-kəşfiyyata insidentlə bağlı müstəqil araşdırma aparmağı tapşırıb.

“İstər hərəkət, istərsə də hərəkətsizlik yoluyla olsun, məsul şəxslər məsuliyyətə cəlb olunacaqlar”, - deyə Ukrayna Quru Qoşunlarının komandanı qeyd edib.

Dövlət İstintaq Bürosu (DBR) hücumda Ukrayna hərbi qulluqçularının ölməsi və yaralanması ilə bağlı cinayət işi açıldığını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin