“SpaceX” səkkizinci sınaq uçuşunda “Starship”lə əlaqəni itirib

2025/01/1736156021.jpg
Oxunub: 356     09:08     07 Mart 2025    
“SpaceX” səkkizinci sınaq uçuşu zamanı “Starship”lə əlaqəni itirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bunu “X” sosial şəbəkəsində həyata keçirilən təqdimat verilişinin aparıcısı deyib.

"Gəmi ilə əlaqəmizi itirdiyimizi təsdiqləyə bilərik. Təəssüf ki, bu, sonuncu dəfə də baş verib", - o qeyd edib. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Raket şərq sahili vaxtı ilə saat 18:30-da (Bakı vaxtı ilə saat 03:30) Texas ştatının Boka Çika şəhərindəki kosmodromdan buraxılıb. Uçuşdan təxminən on dəqiqə sonra “Starship”in ikinci mərhələsi ilə əlaqə kəsilib. Səkkizinci sınaq uçuşu zamanı “SpaceX” “Starlink” rabitə peyk sisteminin dörd simulyatorunu orbitə çıxarmağa ümid edirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Starship  


Bizi "telegram"da izləyin