Litva Prezidenti: Aİ-nin hərbi xərclər norması ÜDM-in 3 %-i səviyyəsində müəyyən edilməlidir

2025/03/7cde9-1741324938.jpg
Oxunub: 282     03:08     07 Mart 2025    
Litva Prezidenti Qitanas Nauseda hesab edir ki, Aİ-yə üzv dövlətlər üçün hərbi xərclər standartı onların milli Ümumi Daxili Məhsulunun (ÜDM) 3 %-i həcmində müəyyən olunmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin fövqəladə müdafiə sammitində iştirak edən Nauseda sosial şəbəkə hesabında yazıb.

"Aİ üzvlərini yeni hədəf təyin etməyə çağırıram – ÜDM-in azı 3 %-ni müdafiəyə xərcləməyə", - paylaşımda deyilir.

Litva liderinin sözlərinə görə, əsas diqqət eyni zamanda NATO-nun şərq cinahına yönəldilməlidir: “Xüsusi diqqət və xüsusi maliyyələşdirmə Aİ-nin xarici sərhədini qoruyan şərq sərhədini əhatə etməlidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   NATO  


Bizi "telegram"da izləyin