Ordu.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Maryan Rintel BNR radiostansiyasına müsahibəsində bildirib.
"Biz mütləq hökumətlə danışacağıq və təzminat tələb edəcəyik", - Rintel deyib. O, söhbətin hansı məbləğdən getdiyini açıqlamayıb.
Daha əvvəl məlum olub ki, sammit və hava limanında uçuş-enmə zolağının paralel xidməti səbəbindən KLM bir neçə gün ərzində uçuşların sayını 20 % azaltmaq məcburiyyətində qalacaq.
Dünən “Air France – KLM” alyansı 2024-cü ildə 489 milyon avro xalis mənfəət əldə etdiyini, bunun 2023-cü il rekordunun yarısı olduğunu açıqlayıb.
Ordu.az