Erməni siyasi xadim: “Ukraynanın dağıdılması ilə nəticələnən eyni proses hazırda Ermənistanda Paşinyanın siyasəti ilə həyata keçirilir”

2025/03/rs-1740984895.jpg
Oxunub: 346     13:52     07 Mart 2025    
“Vladimir Zelenski siyasi mövqeyini yenidən formalaşdırır, liberal-qlobalist qüvvələrin himayəsi altına daxil olur və mühafizəkar dəyərlərin dirçəlişinə qarşı onların avanqard rolunu öz üzərinə götürür”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının üzvü Henrix Danielyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, qlobalist siyasətin sistemli uğursuzluqları nəticəsində Qərbin siyasi arenasında dərinləşən böhran müharibələrin, iqtisadi sarsıntıların və qlobal böhranların (o cümlədən pandemiyaların) nəticələrinə cavabdeh olan qüvvələrə ictimai inamın itirilməsinə səbəb olub.

“Ukrayna əvvəlcə Rusiyanı zəiflətməyə yönəlmiş alət rolunu oynadı, lakin bu layihə uğursuzluğa düçar oldu, iqtisadi və hərbi dalana çevrildi. Bayden administrasiyasının Kiyevin qələbəsi ilə bağlı verdiyi zəmanətlər özünü doğrultmadı, yüz minlərlə insan itkisinə və Qərbin strateji hesablamalarının uğursuzluğunun dərk edilməsinə səbəb oldu. Belə bir şəraitdə Zelenskinin ABŞ rəhbərliyi ilə son görüşü onun ABŞ-nin siyasi baxımdan yenidən formalaşması prosesində bir alət kimi yeni rolunu aydınlaşdırdı.

Davranışı göstərir ki, o, ABŞ-nin daxili siyasi mübarizəsində liberal-qlobalist qüvvələrin maraqlarını təşviq etmək üçün alətə çevrilir. Bu, təkcə Ukraynanın siyasi mövqeyinin dəyişməsinə işarə etmir, həm də qlobal güc balansının yenidən qurulmasının başlanğıcını vurğulayır. Ukraynanın dağıdılması ilə nəticələnən eyni proses hazırda Ermənistanda Nikol Paşinyanın siyasəti ilə həyata keçirilir. Onun hakimiyyətinin legitimliyi xarici güclərin maraqlarına xidmət etmək üzərində qurulub və Ukraynada olduğu kimi, Ermənistanın strateji maraqları ikinci dərəcəli hesab edilir.

Anti-Rusiya ritorikası və xarici siyasətdəki destruktiv dəyişikliklər artıq ölkənin təhlükəsizlik və iqtisadi problemlərini dərinləşdirir. Ukraynadakı presedenti nəzərə alsaq, Ermənistanın siyasi tənəzzülünü sürətləndirmək və ölkənin tam zəifləməsi prosesini yekunlaşdırmaq üçün gələcəkdə Paşinyan da anti-ABŞ ritorikasına əl atsa, təəccüblü olmayacaq”, - deyə Danielyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Ukrayna  


Bizi "telegram"da izləyin