Kallas Tramp – Zelenski görüşünü şərh edib: Azad dünyanın yeni liderə ehtiyacı var

2025/02/1740382969.jpg
Oxunub: 361     00:32     01 Mart 2025    
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenskinin qalmaqallı görüşündən sonra “azad dünyanın yeni liderə ehtiyacı olduğunu” bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı sosial şəbəkədə yazıb.

“Avropa İttifaqı Ukraynaya mübarizəni davam etdirə bilməsi üçün dəstəyi artıracaq. Bu gün aydın oldu ki, azad dünyanın yeni liderə ehtiyacı var. Bu problemi həll etmək bizdən, avropalılardan asılıdır”, – Kallas qeyd edib.

Xatırladaq ki, daha əvvəl bir sıra Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə etmişdilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   Tramp   Zelenski  


Bizi "telegram"da izləyin