Ağ ev: ABŞ və Ukrayna arasında minerallar haqqında sazişin imzalanması ləğv edilib

2025/03/8b2d9-1740802526.jpg
Oxunub: 492     23:44     28 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski Vaşinqtonda keçirilmiş qalmaqallı görüşdən sonra faydalı qazıntılar haqqında saziş imzalamayıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi bildirib.

“Tramp Zelenski tərəfindən onun ritorikası və davranışına görə hörmətsizlik hiss edib”, – agentliyə rəsmi bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti hələ də ukraynalı həmkarı ilə saziş bağlamağı istisna etməsə da, sonuncu görüşün ləğv edilib-edilməməsinə Vaşinqtonda olarkən qərar verməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin