AK Partinin sözçüsü: "İraq və Suriyadakı terror təşkilatları silahı yerə qoymalıdır"

2024/04/66240-1713638952.jpg
Oxunub: 478     17:55     28 Fevral 2025    
İraq və Suriyadakı terror təşkilatları və qolları silahlarını yerə qoymalı və özlərini buraxmalıdır.

Ordu.az xəbər verir ki, bunu AK Partinin sözçüsü Ömər Çelik deyib.

O, "terrordan azad Türkiyə" hədəfinə çatacaqlarını bildirib:

"Hər br halda istifadə etdiyi addan asılı olmayaraq, İraq və Suriyadakı terror təşkilatları bütün ünsürləri və uzantıları ilə bərabər silahı yerə qoymalı və özlərini buraxmalıdır".

Ö.Çelik vurğulayıb ki, Türkiyə bölgədəki prosesləri izləyərək onun hansı istiqamətdə inkişaf etdiyini görəcək:

"Dövlət bu cür sövdələşmə prosesinə gedərmi? Xeyr, burada dövlətin belə bir məsələ ilə bağlı sövdələşməyə getməsi müzakirə mövzusu deyil".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ömər-Çelik   AK-Parti  


Bizi "telegram"da izləyin