Şolts Avropa hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr aparmağın tez olduğunu düşünür

2025/02/1739458474.jpg
Oxunub: 467     16:04     28 Fevral 2025    
Almaniya kansleri Olaf Şolts hesab edir ki, Avropa qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı müzakirələr tezdir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

“Kanslerin bu məsələ ilə bağlı mövqeyi kifayət qədər aydındır. O, dəfələrlə bildirib ki, bu müzakirəni vaxtından əvvəl hesab edir”, - Ş.Hebeştrayt vurğulayıb.

Nazirlər Kabinetinin nümayəndəsinin fikrincə, əvvəlcə sülh sazişi əldə olunmalı, sonra mümkün olanlar araşdırılmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin