Pakistanda məsciddə partlayış baş verib, 6 nəfər ölüb - YENİLƏNİB (VİDEO)

2025/02/1740736933.jpg
Oxunub: 1217     17:09     28 Fevral 2025    
Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni terror aktı adlandırıb.

Məlumata görə, yaralanlardan 20-si xəstəxanalara çatdırılıb.

“Reuters” agentliyinin məlumatına görə, azı 6 nəfər həlak olub. Partlayışdan dərhal sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, partlayış kamikadze tərəfindən törədilib.



***

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) yerli polisə istinadən məlumat yayıb.

"Pakistanın şimal-qərbindəki Darul Ulum Haqqaniya məscidində törədilən partlayış nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb", - məlumatda bildirilib.

***

Partlayış “Taliban” hərəkatını dəstəkləyən seminariyanın məscidində baş verib.Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.

Qeyd edilib ki, hadisə müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı zamanı baş verib. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.

***

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində cümə namazında güclü partlayış baş verib.

Ordu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış nəticəsində çox sayda ölənin olduğu bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Partlayış  


Bizi "telegram"da izləyin