Lavrovun sərt bəyanatı Rusiyanın yeni hücumuna işarədir? – BAXIŞ BUCAĞI

2025/02/1740733592.jpg
Oxunub: 743     16:32     28 Fevral 2025    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dohaya səfəri zamanı bəyan edib ki, Rusiyanın Ukraynada “təmas xətti” məntiqində dayanması qəbuledilməzdir, çünki Rusiyanın konstitusiyası var.

Lavrov demək olar açıq mətnlə eyham vurub ki, Rusiyanın məqsədi Ukrayna müharibəsi zamanı Moskvanın Rusiyanın tərkibində elan etdiyi və faktiki olaraq Rusiya konstitusiyasının yurisdiksiyası altına “götürdüyü” ən azı 4 bölgəni almaqdır. Bu, xüsusilə İstanbulda baş tutmuş ABŞ-Rusiya danışıqlarının yeni raundu öncəsi verilən kifayət qədər sərt bəyanat idi.

Əlbəttə, məlumdur ki, nümayəndə heyətləri iki ölkənin, yəni ABŞ və Rusiyanın səfirliklərinin işinin tam bərpası ilə bağlı məsələləri müzakirə ediblər. Lakin bununla belə, Lavrov ya ABŞ-Rusiya prosesinin çıxılmaz vəziyyəti ilə təhdid edən, ya da necə reallaşa biləcəyi sualını yaradan bir “çubuq” qaldırır. Ukrayna heç bir şəkildə Xerson, Zaporojye, Donetsk və Luqanskın Ukraynanın nəzarətində olan bölgələrinin artıq işğal olunmuş ərazilərə “birləşdirilməsi” ilə razılaşa bilməz.

Buna görə də ya Rusiya sonda maksimalizmindən əl çəkməlidir, ya da müharibə dayandırılmamış bu bölgələri ələ keçirə bilməlidir. Məsələ ondadır ki, Lavrovun konstitusiyaya istinad etməsi sanki Moskva üçün çox aydın “qırmızı xətt” çəkir. Konstitusiyanı danışıq manevrinin predmetinə çevirmək mümkün deyil. Rusiya başlamış dialoqu poza biləcəyindən qorxmadan mövqeyini bu qədər sərtləşdirirsə və Tramp geri çəkilə bilərsə, ABŞ tərəfi nə qazanacaq?

Yoxsa Kreml hesablayır ki, Trampın geri çəkilmək imkanı yoxdur, çünki müharibənin dayandırılması vədi və zəmanəti Trampı məhdudlaşdırır, digər tərəfdən isə intensiv müharibəni davam etdirmək üçün real resurs imkanları yoxdur? Amma hər halda Rusiyanın tələbinin siyasi həlli yoxdur. Yalnız bir seçim ola bilər: hərbi yol.

Rusiya Ukraynaya hücum edir və irəliləyir, lakin temp elədir ki, Rusiyanın Lavrovun dediyi rayonları tamamilə işğal etməsi üçün il olmasa da, aylar lazım olacaq. Üstəlik də Ukrayna güclü hərbi yardım almazsa, bu mümkün ola bilər. Ola bilərmi ki, ABŞ Trampın elan etdiyi kimi, həmin saziş çərçivəsində Kiyevə hərbi yardımın verilməsi prosesini dayandırmaq qərarı verib?

Təbii olaraq Avropa ölkələri yardımı davam etdirəcəklərinə əmindirlər, amma məsələ ondadır ki, onların birgə imkanları belə ABŞ-nin imkanları ilə müqayisə oluna bilməz, buna görə də ABŞ-nin yardımının dayandırılması Kiyev üçün əhəmiyyətli problemdir. Üstəlik, Lavrovun Ankara-Tehran-Qətər marşrutundan keçərək, sərt “çubuq” elan etməsi də diqqətəlayiqdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Müharibə   Ukrayna  


Bizi "telegram"da izləyin