Rusiya Ukraynaya qarşı müharibənin ilk 2 ilində 100-dən çox hücum helikopterini itirib

2025/02/1740731963.jpg
Oxunub: 919     16:42     28 Fevral 2025    
Rusiya Ukraynaya qarşı müharibənin ilk 2 ilində 100-dən çox hücum helikopterini itirib.

Ordu.az xəbər verir ki, bu barədə NATO-ya bağlı bir təşkilatın apardığı araşdırmada bildirilib.

“Flight Global”ın məlumatına görə, sözügedən məlumatlar açıq mənbələrdən götürülərək araşdırılıb.

İtaliyalı polkovnik-leytenant Emilliano Pelleqrini “Defence IQ”nun Beynəlxalq Hərbi Helikopter 2025 konfransında verdiyi açıqlamada Rusiyanın doktrinasında edilən dəyişikliklərin və onun parkında həyata keçirilən təkmilləşdirmələrin itkilərin sürətini aşağı saldığını deyib.

NATO-nun rəsmi araşdırması olmasa da, alyansın Birgə Hava Gücü İmkanları Mərkəzi tərəfindən aparılan təhlil Rusiyanın itkiləri və döyüş meydanı şəraitinə uyğunlaşma qabiliyyəti haqqında mühüm görüntü təqdim edir.

Bu çərçivədə aparılan təhlilə görə, müharibənin ilk 12 ayında 59 hücum helikopteri (“Kamov Ka-52”, “Mil Mi-28N” və “Mi-24”) məhv edilib.

Bu rəqəm həm də mövcud əməliyyat parkının təxminən 30%-ni təşkil edir. Helikopterlərdən 42-si vurulub, qalan 17-si isə yerdə məhv edilib.

Hesabata görə, vurulan helikopterlərin ümumi sayının 62%-ni “Ka-52”lər təşkil edir, ikinci yerdə “Mi-24” (21%) və “Mi-28N” (17%) qərarlaşıb.

Bundan əlavə, təhlilə əsasən, vurulan helikopterlərin 49%-i MANPADS raketləri ilə vurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Helikopter  


Bizi "telegram"da izləyin