ABŞ-nin B-52 bombardmançı təyyarəsi Rusiya-Belarus sərhədi üzərində uçub

2025/02/image-1740731596.jpg
Oxunub: 640     18:32     28 Fevral 2025    
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-52H Stratofortress” bombardmançı təyyarəsi, onlayn uçuş izləmə məlumatlarına əsasən, Rusiya sərhədi üzərində uçub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“B-52H Stratofortress” bombardmançı təyyarəsi bundan əvvəl Baltikyanı dövlətin milli günü olan Estoniyanın Müstəqillik Gününü qeyd etmək üçün Tallin üzərində uçmuşdu.

Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, strateji bombardmançı təyyarə Tallin səmasında 4 ədəd F-35A döyüş təyyarəsi və bir cüt “F/A-18 Hornet” təyyarəsini müşayiət edib.

Birlikdə uçuş edən F-35-lərin Niderland Kral Hərbi Hava Qüvvələrinə (HHQ), F/A-18-lərin isə Finlandiya HHQ-yə aid olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-52   Rusiya   Belarus  


Bizi "telegram"da izləyin