Starmer: Resurslar üzrə saziş Kiyev üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsidir

2025/02/1740717689.jpg
Oxunub: 444     06:47     28 Fevral 2025    
Böyük Britaniyanın baş naziri Kir Starmer Vaşinqtonun Ukraynanın faydalı qazıntılar sazişi ilə bağlı mövqeyi ilə razılaşaraq, müqavilənin təhlükəsizlik zəmanətinin bir hissəsi olduğunu deyib.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri “Fox News” telekanalına müsahibəsində fikirlərini açıqlayıb.

“ABŞ prezidenti Donald Trampın dəfələrlə, o cümlədən bu gün dediyi kimi, bu, özlüyündə təhlükəsizlik təminatının elementidir, çünki minerallar sazişinin olması ABŞ-ın Ukraynadakı iqtisadi maraqlarının təhlükə altında qalması deməkdir”, - Starmer bildirib.

O, əlavə edib ki, Britaniya hərbi əməliyyatların dayandırılacağı təqdirdə, nizamlanmaya dair razılaşmalar çərçivəsində Ukraynaya qoşun və aviasiya göndərməyə hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin