Ordu.az xəbər verir ki, bunu Amerika lideri Donald Tramp deyib.
“Mineral sazişi gələcəkdə ABŞ və Ukrayna arasında daha davamlı münasibətlərin əsasını qoyacaq, uzunmüddətli rifahı təşviq edəcək və ukraynalılara öz ölkələrini yenidən qurmağa kömək edəcək. Bu, həm Ukrayna, həm də bizim üçün çox yaxşı olacaq. Amerikalı vergi ödəyicilərinə Ukraynaya yatırılan yüz milyardlarla dolların əvəzi faktiki olaraq ödəniləcək”, - deyə o bildirib.
Amerika lideri daha əvvəl təsdiqləyib ki, o, fevralın 28-də Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukraynada nadir torpaq elementləri və digər faydalı qazıntıların çıxarılmasına dair saziş imzalamaq niyyətindədir.
Ordu.az