Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Aİ liderləri martın 6-da Brüsseldə keçiriləcək fövqəladə sammitdə bu məsələni müzakirə etmək niyyətindədirlər.
Məlumata görə, Kiyev Brüsseli belə bir məmuru tez bir zamanda təyin etməyə inandırır.
Daha əvvəl Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta bildirib ki, bu fövqəladə sammitin əsas mövzuları Aİ ölkələrində müdafiə sahəsinə investisiyaların artırılması, Ukraynaya silah tədarükü ilə bağlı yeni öhdəliklər və bu ölkə üçün mümkün təhlükəsizlik təminatlarının müzakirəsi olacaq.
Ordu.az