Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Donanma Hava Sistemləri Komandanlığı sosial media hesabında etdiyi paylaşımda qeyd edib:
“Quraşdırmanın funksional yoxlamaları başa çatdıqdan sonra yerüstü və uçuş qəbulu sınaqları həyata keçiriləcək. Təyyarənin HDQ-yə qaytarılmasına qədər bu proses önümüzdəki həftələrdə davam edəcək”.
Floridadakı “Cecil Field” obyektində həyata keçirilən missiya sistemi təkmilləşdirmələri bürokratik olaraq “P-8 Increment 3, Block 2” versiyası olaraq adlandırılır.
Təkmilləşdirmə HDQ-nin 21 il əvvəl “Boeing”ə verdiyi Çoxmissiyalı Təyyarə (MMA) müqaviləsi çərçivəsində modifikasiya edilmiş 737-800-ü “Lockheed P-3C Orion”un yerini alacaq dəniz patrul təyyarəsinə çevirmə prosesinin tamamlanmasını ifadə edir.
Sevinc Əliyeva
Ordu.az