Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ölkəmizdə səfərdədir - FOTOLAR

2025/01/8c62b-1737722417.jpg
Oxunub: 681     16:31     24 Yanvar 2025    
Səudiyyə Ərəbistanı Krallığının Naif Ərəb Təhlükəsizlik Elmləri Universitetinin prorektoru Abdulrazaq Al-Morjanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov qonaqlarla görüşüb.

Nümayəndə heyətinə Azərbaycan Ordusunda hərbi təhsil sistemi və bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verilib. Qonaqlara Vətən müharibəsindən bəhs edən videoçarx təqdim olunub.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin təlim şəhərcikləri, atış meydanları, trenajor bölməsi ilə tanış olublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin