Ordu.az xəbər verir ki, ABŞ ordusunun silahlanma və sursat birgə proqramının icraçı direktoru tərəfindən qəbul edilən qərarla təyin olunan müdafiə sənayesi təşkilatları M1 “Abrams” tankı və operatorları üçün M1147 120 mm-lik Qabaqcıl Çoxməqsədli sursatının istehsalını sürətləndirəcək.
Hərbi ekspertlərin fikrincə, M1147 AMP mərmisi dörd köhnə döyüş sursatının funksiyalarını bir məmidə birləşdirir və bir sıra döyüş meydanı ssenarilərində çeviklik, effektivlik təmin edir.
Çoxrejimli olaraq proqramlaşdırıla bilən başlıqdan istifadə edən AMP nöqtə partlayışı və hava partlayışı kimi iki əməliyyat rejimi təklif edir.
Bu xüsusiyyətlər M1 “Abrams” tank ekipajlarına tank əleyhinə idarə olunan raket qrupları və ikiqat dəmir-beton divarlar kimi möhkəmləndirilmiş hədəflər də daxil olmaqla, müxtəlif təhlükələrə müqavimət göstərməyə imkan verir.
Sevinc Əliyeva
Ordu.az