Səfir: "Aİ Cənubi Qafqazda sülh və sabitliyin gücləndirilməsinə sadiq qalır" (FOTOLAR)

2025/01/925d4-1737284274.jpg
Oxunub: 633     14:39     19 Yanvar 2025    
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkə hesabında yazılıb.

“Bu matəm günündə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, təşkilata üzv ölkələrin səfirləri ilə birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad etmək üçün Bakıda Şəhidlər Xiyabanına gül dəstələri düzüblər”, - paylaşımda bildirilib.

Səfir 20 Yanvarla bağlı Azərbaycan xalqına başsağlığı verib: “35 il əvvəl bu faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ Cənubi Qafqazda və dünyada sülhün, sabitliyin və rifahın gücləndirilməsinə sadiq qalır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:   Azərbaycan  


Bizi "telegram"da izləyin