Ordu.az xəbər verir ki, bu barədə “New York Times” nəşri məlumat yayıb.
ABŞ rəsmilərinin sözlərinə görə, yeni nəsil PUA-ların inkişaf etdirilməsi müharibələrin aparılmasında inqilab edib.
Bayden administrasiyası Ukraynaya necə kömək etdiyinə dair son bir məlumatın məxfiliyini ləğv edib. Bu, Ukraynanın hərbi PUA sənayesinə ABŞ-nin vaxtilə verdiyi gizli dəstəyin hesabatıdır.
ABŞ rəsmiləri bildiriblər ki, onlar Rusiyanın daha böyük və daha yaxşı təchiz edilmiş ordusu ilə mübarizə apararkən, Ukraynanın PUA istehsalını işə salmasına və genişləndirməsinə kömək edən böyük investisiyalar yatırıblar.
Sevinc Əliyeva
Ordu.az