“Malorus əraziləri” haradan başlayır? Tramp Aİ və Böyük Britaniyanı Putinin təkliflərinə inandıra biləcək?

2025/01/1737104853.jpg
Oxunub: 837     10:29     18 Yanvar 2025    
Putin-Tramp danışıqlarından danışmaq tezdir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin yeni seçilmiş prezidentinin komandasından iki lider arasında görüş hazırlığı barədə daha əvvəl yayılan “məlumat sızmasına” cavab olaraq bildirib.

Peskov, əslində, Rusiya və ABŞ prezidentlərinin görüşünün mümkünlüyünü inkar etməyib. O, vəziyyəti belə qiymətləndirib ki, danışıqlara substantiv hazırlıq yoxdur, bəyan edilmiş təsəvvür və siyasi iradə var, belə təmaslar çox faydalı və məqsədəuyğun olardı. Kreml sözçüsü bildirib ki, Vaşinqtonda yeni administrasiyanın nə vaxt formalaşacağını görəcəklər.

Anlaşıldığına görə, ABŞ-nin yeni seçilmiş prezidentinin komandası artıq Moskva ilə müəyyən formada müzakirələr aparıb və bunlar davam edir, lakin Putin Trampın prezidentlik kürsüsünə keçməsini və yeni administrasiyanın rəsmən formalaşmasını gözləyir. O vaxta qədər bütün əlaqələr qeyri-rəsmidir. Tramp yanvarın 20-dən sonra ABŞ prezidenti vəzifəsinin icrasına başlayacaq.

O vaxta qədər ABŞ-nin yeni prezidenti beynəlxalq siyasi gündəmi tamamilə “qarışdırmağı” bacarıb. O, Qrenlandiyaya sahib olmağı iddia edir, Kanadaya ABŞ-yə birləşmək üçün ştat statusu təklif edir və Panama kanalına nəzarəti bərpa etməklə hədələyir. Bu bəyanatlar Rusiya prezidenti ilə danışıqlara hazırlığın tərkib hissəsidirmi? Tramp Putinə “dünyanı bölüşdürməyi” təklif edir, yoxsa özünün də “güclü oğlan” olduğunu başa salır və iki “maço” arasındakı rəqabət apokalipsis təhlükəsi ilə doludur?

Putin-Tramp mümkün görüşü ətrafında müzakirələr, fərziyyələr və proqnozlar fonunda Rusiyanın keçmiş prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə diqqət çəkib. O, Ukrayna üçün tənzimləmənin alman variantını tamamilə qəbuledilməz kimi qiymətləndirib. Medvedev tarixi perspektivdə problemin bir həllini görür: “malorus ərazilərinin Rusiya Federasiyasına birləşdirilməsi”.

Medvedev “malorus əraziləri”nin harada başlayıb, harada bitdiyinə aydınlıq gətirməyib. Lakin ekspertlər Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun adından “alman versiyası” haqqında danışırlar. Təmas xəttində atəşkəsin bərqərar olunmalı olduğu Ukrayna nizamlanması versiyası ona aid edilir. Müvafiq olaraq, Rusiya faktiki olaraq işğal olunmuş ərazilərə nəzarət edir, Ukrayna isə təhlükəsizlik zəmanəti alır, Avropanın “sülhməramlı qüvvələri” “bufer zona”ya daxil olurlar.

Medvedev bu variantı rədd edir. O, təbii ki, Rusiya prezidentinin adından danışır. Rusiya xarici işlər naziri Sergey Lavrov da oxşar bəyanatla çıxış edib. Moskvanın fikrincə, Putin-Tramp danışıqları yalnız bu barədə ola bilər ki, Vaşinqton necə və hansı alətlərlə təkcə Kiyevi deyil, həm də nüfuzlu Avropa ölkələrini Ukraynanın Putinin ultimatumunu qəbul etməli və qeyd-şərtsiz kapitulyasiya aktını imzalamalı olduğuna inandıra bilər?

Əgər Trampın şəxsi inanclarını bir kənara qoysaq - bir fərd və ABŞ prezidenti kimi o, Putinin “hisslərini başa düşə bilər” - əsas sual ondan ibarətdir ki, Birləşmiş Ştatların yeni prezidentinin Avropa İttifaqı və Böyük Britaniyanı Rusiyaya tabe etmək, əraziləri güc yolu ilə zəbt etmək presedentinin qarşısını almaq imkanı varmı?

Türkiyə və Azərbaycan Trampın andiçmə mərasimini, yeni administrasiyanın formalaşmasını gözləyir. Avropalılar isə artıq “diş göstərirlər”, Cenevrədə İran nümayəndələri “Avropa üçlüyü” – Böyük Britaniya, Fransa və Almaniya ilə danışıqları bərpa ediblər.

Firuz Bağırov

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tramp   Putin     Ukrayna  

Bizi "telegram"da izləyin