Fransa ordusunda qalmaqallı sızıntı: “Strava”

2025/01/1737094426.jpg
Oxunub: 490     15:22     17 Yanvar 2025    
Fransanın nüvə silahına malik sualtı qayıqlarının ekipajları “Strava” proqramı vasitəsilə təlim məlumatlarını paylaşarkən, bilmədən məxfi məlumatları açıqlayıblar.

Ordu.az “Le Monde” qəzetinə istinadən xəbər verir ki, nüvə döyüş başlıqları ilə təchiz edilmiş 4 sualtı qayığın yerləşdiyi, Fransa Hərbi Dəniz Qüvvələrinin ən yaxşı qorunan hərbi zonası olan Lonq adacığı haqqında məlumat ağıllı telefonlarda mövcud olan pulsuz təlim proqramı “Strava” vasitəsilə sızdırılıb.

“StravaLeaks” adlı qalmaqalda sualtı qayıq personalı üçüncü nəsil nüvə ballistik raket sualtı qayığının (SNLE) patrul nəzarət məntəqələri, dəyişiklik vaxtları və adacığın marşrutu kimi məxfi məlumatları istəmədən paylaşma yolu ilə sızdırıb.


Səlahiyyətlilər “Strava” tətbiqindən görüntüləri sızdırmaq üçün istifadə edən personalın, hətta istəmədən də olsa, ağır cəzalarla üzləşə biləcəyini deyiblər.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada qeyd olunub: “Öz təlim performanslarını qeyd etmək istəyən personala məxsus ağıllı saatlar təlimatlara baxmayaraq təhlükəsizlik yoxlamalarından keçmiş ola bilər”.

Rəsmilər bildiriblər ki, pozuntuların əksəriyyəti sualtı qayıq personalı tərəfindən törədilməyib, obyektlərə nəzarət etmək üçün təyin edilmiş hərbi personal da sızmalara səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ordu  


Bizi "telegram"da izləyin