Rusiya XİN: KTMT maliyyələşdirmədən yayınma mexanizmlərini nəzərdə tutmur

2026/06/1780488600.jpg
Oxunub: 299     17:31     22 İyun 2026    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) normativ sənədlərində maliyyələşdirmədən yayınma ilə bağlı hər hansı mexanizm nəzərdə tutulmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RIA Novosti” agentliyinə müsahibəsində Ermənistanın təşkilata olan maliyyə öhdəliklərini şərh edərkən bildirib.

Zaxarova xatırladıb ki, 2024-cü ilin əvvəlindən etibarən İrəvan KTMT büdcəsinə üzvlük haqqını köçürmür.

“KTMT-nin normativ sənədlərində maliyyələşdirmədən yayınmanın hər hansı forması nəzərdə tutulmayıb”, - deyə o vurğulayıb.

Rusiya XİN nümayəndəsi məsələ ilə bağlı təşkilatın normativ bazasının aydın olduğunu və üzv dövlətlərin maliyyə öhdəliklərinin müəyyən edilmiş qaydada yerinə yetirilməli olduğunu qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Zaxarova  


Bizi "telegram"da izləyin