Ordu.az "Telex" portalına istinadən xəbər verir ki, bu barədə o, parlamentdəki çıxışı zamanı bildirib.
Dəyişikliklər edildikdən sonra Macarıstan cəmiyyətinin də cəlb ediləcəyi konstitusiya prosesi başlayacaq. Daha sonra düzəlişlər ümumxalq referendumunda səsverməyə çıxarılacaq. Yenilənmiş Konstitusiya təsdiqləndikdən sonra parlament dövlətin yeni başçısını seçəcək.
Bundan əlavə, P.Madyar parlament deputatı vəzifəsində qalma müddətini 12 illə məhdudlaşdırmağı təklif edir: "Konstitusiyaya 17-ci düzəlişdə parlament deputatı vəzifəsində qalma müddətini 12 illə məhdudlaşdırmağı təklif edirik. İnsanın öz ölkəsinə xidmət etməsi, öz yararlılığını sübut etməsi və özündən sonra iz buraxması üçün 12 il kifayətdir".
P.Madyar, həmçinin konstitusiya məhkəməsi hakimləri üçün yaş həddinin 70-ə endirilməsini təklif edib.
Ordu.az