Nazir: "Türkmənistana tanker hədiyyə olunması qarşılıqlı etimadın təzahürüdür"

2024/12/7046a-1735307458.jpg
Oxunub: 183     18:12     22 İyun 2026    
"Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa edilən "Dostlug" tankerinin Azərbaycan tərəfindən Türkmənistana hədiyyə olunması ölkələrimiz arasında strateji tərəfdaşlığın və qarşılıqlı etimadın növbəti mühüm təzahürüdür.

Ordu.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu layihə Azərbaycanın gəmiqayırma sahəsində əldə etdiyi nailiyyətləri və yüksək sənaye potensialını bir daha nümayiş etdirir.

"Əminik ki, "Dostlug" tankeri Azərbaycan – Türkmənistan dostluğunun daha da möhkəmlənməsinə və Xəzər regionunda əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək", - deyə R. Nəbiyev bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəşad-Nəbiyev   Türkmənistan  


Bizi "telegram"da izləyin