Əsəd Şeybani: "Türkiyənin təhlükəsizliyi Suriyanın da təhlükəsizliyidir"

2025/01/1736874047.jpg
Oxunub: 453     17:01     16 Yanvar 2025    
Biz sanksiyaların tamamilə aradan qaldırılmasını istəyirik. İnsanların daha yaxşı iqtisadi şəraitdə yaşaya bilməsi üçün bu sanksiyalar aradan qaldırılmalıdır.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani TRT Haber kanalına müsahibəsində bildirib.

O, Əsəd rejimindən qaçan 15 milyondan çox suriyalının öz evlərinə qayıtmasını da vacib hesab etdiyini qeyd edib.

Şeybani “Türkiyənin təhlükəsizliyi Suriyanın da təhlükəsizliyidir” deyə vurğulayaraq, terrora qarşı tez hərəkətə keçəcəklərini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə  


Bizi "telegram"da izləyin