KİV: Rusiya və Ukrayna arasında nüvə obyektləri ilə bağlı danışıqlar aparılır

2025/01/1737005333.jpg
Oxunub: 744     08:57     16 Yanvar 2025    
Rusiya və Ukrayna nüvə obyektlərinin hücumlardan qorunması tədbirləri ilə bağlı məhdud danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg“ mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, danışıqlar Qətərdə aparılır.

Ukrayna rəsmiləri isə agentliyə bu məlumatı təsdiqləməyib və bildiriblər ki, Moskva və Kiyev hazırda yalnız məhbusların mübadiləsi və uşaqların qaytarılmasını müzakirə edir.

Xatırladaq ki, bir müddət öncə “Financial Times” və “The Washington Post“ nəşrləri də Qətərin vasitəçiliyi ilə enerji obyektləri üzrə tərəflər arasında dialoq barədə məlumat yaymışdılar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin