Dövlət Departamenti: Ukrayna Rusiya qazının tranzitini bərpa etməyəcək

2025/01/1737005277.jpg
Oxunub: 766     09:01     16 Yanvar 2025    
Ukrayna gələcəkdə Rusiya qazının Ukrayna ərazisindən tranzitini bərpa etmək niyyətində deyil.

Ordu.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payatt Atlantik Şurada keçirilən seminarda deyib.

“Prezident Zelenski qeyd edib ki, 25 il əvvəl Ukraynadan Avropa bazarlarına 130 milyard kubmetr qaz keçib. Bu gün bu rəqəm sıfıra bərabərdir. Rusiya ən vacib ənənəvi enerji bazarını itirib və mən əminəm ki, bunun geridönüşü olmayacaq”, - Payatt vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Qaz  


Bizi "telegram"da izləyin