Bayden prezidentlərin cəza məsuliyyətindən toxunulmazlığının ləğvini təklif edib

2025/01/1736570314.jpg
Oxunub: 365     08:43     16 Yanvar 2025    
ABŞ Prezidenti Co Bayden dövlət başçısının vəzifəsini icra edərkən törətdiyi cinayətlərə görə toxunulmazlığının ləğvi məqsədilə Konstitusiyaya dəyişikliklər olunmasının zəruri olduğunu bildirib.

Ordu.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti vida müraciətində danışıb.

"Biz Konstitusiyaya dəyişiklik etməliyik ki, aydın olsun: heç bir prezident, heç bir şəxs vəzifə başında olduğu müddətdə törətdiyi cinayətlərə görə məsuliyyətdən qorunmasın", - o vurğulayıb.

Həmçinin, o, siyasətdə korrupsiyaya qarşı mübarizənin vacibliyini qeyd edib. "Biz seçki kampaniyalarının gizli maliyyələşməsindən qurtulmalıyıq", - Prezident əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Toxunulmazlıq  


Bizi "telegram"da izləyin