Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilib

2025/01/1737005145.jpg
Oxunub: 809     08:33     16 Yanvar 2025    
Suriyanın İdlib şəhərində İŞİD terrorçularına qarşı əməliyyat keçirilib.

Bu barədə Ordu.az xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, terrorçulara pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub. Hücum zamanı qruplaşmasının bir üzvü öldürülüb, daha bir terrorçu isə yaralanıb.

Suriyanın kəşfiyyat orqanındakı mənbələr hücumun olmasını təsdiqləyiblər. Bildirilib ki, əməliyyat Sarmada kəndində baş verib. Motosiklet sürən iki İŞİD-çi hədəfə alınıb. Zərbə zamanı terrorçulardan biri öldürülüb, digəri isə xəsarət alıb. Mənbələr hücumun ABŞ istehsalı olan PUA ilə həyata keçirildiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD  


Bizi "telegram"da izləyin