Danimarkanın Baş naziri: "Qrenlandiya müstəqilliyi ilə bağlı qərarı özü verəcək"

2025/01/1736964800.jpg
Oxunub: 575     23:20     15 Yanvar 2025    
Qrenlandiya müstəqilliyi ilə bağlı qərarı özü verəcək.

Ordu.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığında deyib.

Məlumatı hökümət başçısının ofisi yayıb.

“Müzakirə zamanı Baş nazir Qrenlandiyanın Nazirlər Kabinetinin sədri Mute Egedenin Qrenlandiyanın satılmaması ilə bağlı verdiyi açıqlamaya istinad edib. Baş nazir bildirib ki, müstəqilliklə bağlı qərarı Qrenlandiyanın özü verməlidir”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Qrenlandiya  


Bizi "telegram"da izləyin