Ordu.az xəbər verir ki, bu, qanunvericilərin birgə sessiyasının yayımından məlum olub.
Qanunverici orqanın hər iki palatasının birgə iclasına konstitusiyaya əsasən Senatın sədri olan ABŞ vitse-prezidenti Kamala Harris sədrlik edir.
Tramp artıq seçkilərin nəticələrinin təsdiqlənməsi üçün yetərli 270 seçici səsini qazanıb.
Xatırladaq ki, 5 noyabr seçkilərinin nəticələrinə görə, Tramp 312 seçici səsi və ümumilikdə 77,3 milyon səs toplayıb. Məğlub olan demokrat Kamala Harris isə 226 seçici səsi və ümumilikdə 75 milyon səs qazanıb.
Ordu.az