Trüdo istefa verəcəyini açıqlayıb - YENİLƏNİB

2024/05/1717046013.jpg
Oxunub: 891     20:53     06 Yanvar 2025    
Kanadanın Baş naziri Castin Trüdo yeni lider seçildikdən sonra hakim Liberal Partiyasının sədri və Baş nazir vəzifələrini tərk edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, hökümət başçısı bu barədə xalqa müraciətində bildirib.

“Partiya növbəti liderini seçdikdən sonra partiya lideri və Baş nazir vəzifəsindən istefa vermək niyyətindəyəm”, - Trüdo qeyd edib.

***

Kanadanın baş naziri Castin Trüdo Liberal Partiyasının lideri vəzifəsindən istefa verib.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, o, yeni lider seçilənə qədər səlahiyyətlərini icra edəcək.

Trüdo baş nazir postunda qalacaq.

Qeyd edək ki, o, ərzağın artan qiymətləri və ölkədəki mənzil böhranı səbəbindən deputatların etirazından sonra Kanadanın hakim partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Xatırladaq ki, dekabrın 16-da Baş nazirin müavini və maliyyə naziri Kristia Friland Trüdo onu başqa vəzifəyə keçirmək qərarına gəldiyi üçün istefa verdiyini açıqlayıb. Həmin gün Mənzil, İnfrastruktur və İcmalar naziri Şon Freyzer hökumətdən istefa verdiyini açıqlayıb.

Bu, Baş nazirin kabinetinə nəzarət edə bilmədiyi üçün onun dərhal istefasını tələb edən müxalifətin və bir sıra ictimai xadimlərin tənqidinə səbəb olub. Üstəlik, bir neçə liberal deputat Trüdonun Kanada Liberal Partiyasının rəhbəri vəzifəsindən getməsinin lehinə çıxış edib.

Həmin axşam siyasətçi postunu tərk etmək fikrində olmadığını açıqlayıb. Dekabrın sonunda Kanada Yeni Demokratik Partiyasının lideri, əvvəllər Trüdoya sadiq olan Caqmet Sinq də söz vermişdi ki, onun partiyası 2025-ci ildə hökumətin istefasına səs verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Trüdo   Kanada  


Bizi "telegram"da izləyin