Makron: "Fransa ABŞ-nin yeni rəhbərliyi ilə İranla bağlı strateji müzakirə aparmalıdır"

2024/12/1733978973.jpg
Oxunub: 481     17:22     06 Yanvar 2025    
İranın nüvə proqramı geri dönüşü olmayan nöqtəyə yaxınlaşır.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin səfirləri ilə illik görüşündə bildirib.

Onun sözlərinə görə, Fransa ABŞ Prezidenti Donald Trampın yeni administrasiyası ilə İranla bağlı strateji müzakirə aparmalıdır.

Makron qeyd edib ki, liderlər 2025-ci ilin oktyabrına qədər İrana qarşı sanksiyaların bərpası mexanizmini işə salıb-salmamaqla bağlı özlərinə sual verməli olacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa   ABŞ   İran  


Bizi "telegram"da izləyin