“Rheinmetall” Ukraynaya daha 180 min mərmi tədarük edəcək

2024/09/1725870760.jpg
Oxunub: 1349     15:41     06 Yanvar 2025    
Ukrayna Müdafiə Nazirliyi “Rheinmetall” şirkətindən “Gepard” özüyeriyən zenit qurğusu üçün əlavə 180 min ədəd 35 mm-lik mərmi sifariş edib.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Rheinmetall”ın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Almaniya tərəfindən maliyyələşdiriləcək HEI-T mərmilərinin yeni sifarişi 2024-cü ilin dekabrında alınıb.

“Rheinmetall” şirkəti 2023-cü ilin fevralından Ukraynaya 300 min ədəd “Gepard” mərmisinin tədarükü ilə bağlı sifariş alıb.

Qeyd edək ki, bu günə qədər Almaniya Ukraynaya ümumilikdə 55 “Gepard” zenit tankı, həmçinin hava hücumundan müdafiə sistemləri, “Leopard” tankları, haubitsalar, döyüş sursatları və minatəmizləmə vasitələri daxil olmaqla çoxlu sayda avadanlıq təqdim edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   Ukrayna  


Bizi "telegram"da izləyin