WSJ: ABŞ Suriyaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri yumşaldacaq

2025/01/1736140450.jpg
Oxunub: 398     09:47     06 Yanvar 2025    
ABŞ Suriyaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri yumşaltmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

ABŞ prezidenti Cozef Baydenin administrasiyası qərarını yanvarın 6-da açıqlamaq niyyətindədir.

Eyni zamanda, nəşr qeyd edib ki, Vaşinqton yeni hakimiyyətin ölkəyə hansı istiqamət verdiyini başa düşməyincə, Suriya qarşı sanksiyalarını ləğv etmək fikrində deyil.

Suriyaya humanitar yardım göstərənlər üçün məhdudiyyətlərin yumşaldılmasının hazırda altı ay davam edəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin