Sankt-Peterburq aeroportunun fəaliyyəti bərpa edilib - YENİLƏNİB

2025/01/1735969838.jpg
Oxunub: 3244     11:52     04 Yanvar 2025    
Sankt-Peterburqun “Pulkovo” aeroportunda tətbiq edilən müvəqqəti məhdudiyyətlər ləğv olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.

“Pulkovo”da bu gün yerli vaxtla 07:45-də tətbiq edilən 3 saatlıq məhdudiyyətlər sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyinin təmin olunması məqsədi daşıyırdı.

Məhdudiyyətin qüvvədə olduğu müddət ərzində 20 təyyarə ehtiyat aerodromlara yönləndirilib.

***

Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.

“Sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyini təmin etmək üçün bu gün 07:45-dən (Bakı vaxtı ilə 08:45) Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Hava limanı müvəqqəti olaraq, təyyarələri qəbul etmir və uçuş həyata keçirmir”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sankt-Peterburq   Aeroport  


Bizi "telegram"da izləyin