Serbiya İsraildən qabaqcıl artilleriya sistemləri və PUA-lar alır

2025/01/1735969265.jpg
Oxunub: 537     15:30     06 Yanvar 2025    
İsrailin istifadə etdiyi sursatların tədarükçüsü olan Serbiya qonşusu NATO üzvü Xorvatiya ilə silahlanma yarışı fonunda İsrail silahları üçün 335 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat yayıb.

Serbiya prezidenti Aleksandar Vuçiç yeni sistemlərin Xorvatiyanın aldığı ABŞ istehsalı sistemlərdən də yaxşı olması ilə öyünüb: “Şübhəsiz ki, HIMARS-dan daha güclüdür. İndi nə aldığımızı başa düşürsünüz”.

“Elbit” və İsrail Müdafiə Nazirliyi “Haaretz”in Serbiyanın NATO üzvünə qarşı İsrail silahlarından istifadə etməməsinə necə təminat verə biləcəkləri ilə bağlı suallarına cavab verməkdən imtina edib.

Vuçiç helikopter və “Dassault Rafale” təyyarələrinin alınmasına da toxunub, daha sonra Xorvatiyaya, dolayısı ilə Aİ və NATO-ya xəbərdarlıq edib:

“Bu sayədə biz istənilən çağırışa və bizdən üstün olduğunu düşünən hər kəsə cavab verə biləcəyik”.

Güman edilir ki, alınan silahlar qabaqcıl artilleriya sistemləri və pilotsuz uçuş aparatlarından ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   İsrail  


Bizi "telegram"da izləyin